Son sutka ərzində Ukrayna Silahlı Qüvvələri (USQ) KXDR-in yaşayış məntəqələrini 35 dəfə atəşə tutub, atəş nəticəsində bir mülki şəxs həlak olub, daha dörd nəfər yaralanıb.

Bu barədə Ukraynanın Müharibə Cinayətləri ilə bağlı Məsələlərə Nəzarət və Koordinasiya Birgə Mərkəzində respublikanın nümayəndəliyindən məlumat verilib.

"Mülki şəxsin - qadının ölümü ilə bağlı məlumat daxil olub. Dörd mülki şəxs müxtəlif dərəcəli bədən xəsarətləri alıb", - departament Telegram kanalında bildirib.

Bildirilir ki, ukraynalı millətçilər dinc əhalini minaatanlardan, iriçaplı artilleriyadan, o cümlədən NATO-nun 155 mm çaplı silahlarından, həmçinin “Qrad” reaktiv yaylım atəşi sistemlərindən atəşə tutub. Ümumilikdə 178 ədəd müxtəlif sursat atılıb.

Respublikanın 9 yaşayış məntəqəsi, o cümlədən Qorlovka şəhərətrafı, Donetsk və Makeevka şəhərləri atəşə tutulub, 12 ev və 4 mülki infrastruktur obyekti zədələnib.

Xatırladaq ki, fevralın 17-də Donetsk və Luqansk Xalq Respublikaları vəziyyətin gərginləşdiyini elan etmişdilər. Respublikalar mülki əhalinin evakuasiya edilməsini elan etdilər.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

Jurnalistler



Vizual Xəbərlər

ÇOX OXUNAN XƏBƏRLƏR

MÜSAHİBƏ

QALEREYA