Hər il ölkədə təxminən 58 min quş tələf olur, bunun da 61% -ni nadir və ya kökü kəsilmə təhlükəsi altında olan qartallar təşkil edir”.

Qazaxıstanda quşların elektrik şokundan fəlakət miqyasında ölüm problemi Milli Məclisinin deputatı  Eldos Abakanov tərəfindən qaldırılıb.

O, qeyd edib ki, sosial şəbəkələrdə və xəbər portallarında, eləcə də ekoloji ictimaiyyət tərəfindən Qazaxıstanda quşların 6-10 kV-lik elektrik enerjisinini hava xətlərində elektrik şokundan ölümünün fəlakətli miqyas alması məsələsi tez-tez gündəmə gətirilir.

“ Bu məsələ “AMANAT” Partiyasının deputatlarının nəzərindədir ", - deyə  Eldos Abakanov istəyin dilə gətirib.

Deputat tədqiqatçıların fikrindən də sitata gətirib: hər il ölkədə təxminən 58 min quş ölür, bunun da 61% -ni nadir və ya kökü kəsilmə təhlükəsi altında olan qartallar təşkil edir.

Həmçinin "Biomüxtəlifliyin öyrənilməsi və qorunması mərkəzi"nin mütəxəssislərinin məlumatına görə, 1993 və 2021-ci illərdə təxminən hər 6- 10 km-lik hava xətti üçün 9 quş tələf olub ki, onlardan 4-ü nadir və nəsli kəsilmək üzrə olanlardır.

Eyni zamanda, Qazaxıstanın energetika nazirliyinin məlumatına görə, ölkədəki hava xətlərinin uzunluğu ən azı 80 min km-dir.

 Deputat diqqətə çatdırıb ki, quşların ölüm normaları barədə alınan məlumatlar ekstrapolyasiya edilsə, minimum ölmüş quşların orta hesablanmış sayının 58 mindən 72 minədək olduğu ortaya çıxacaq.

Y.MƏMMƏDLİ