booked.netbooked.net booked.net  

Ilk öncə Fransa Senatının, sonra isə Fransa Milli Assambleyasının ermənipərəst qətnamə qəbul etməsindən sonra Fransa Ermənistan-Azərbaycsan sülh danışıqlarında əvvəlki statusda çıxış edə bilməz. Bu qətnamə Azərbaycana qarşı ən böyük təxribat aktlarından biridir və onu qətiyyətlə rədd edirik.
TEZADLAR.AZ xəbər verir ki, bu sözlər millət vəkili Razi Nurullayevin lideri olduğu MCP-nin bəyanatında yer alıb.
"Indi hansı addımları atmalıyıq? Hisslərimizə də qapıla bilmərik. Fransa hökuməti hər iki qətnamənin onların mövqeyini ifadə etmədiyini deyib və Fransanın münaqişə tərəfləri arasında körpü yaratmaq istədiyini vurğulayıb. Təbii ki, quru sözlərdir.
Düşünək, məgər Fransanın hər iki palatasında qərəzsiz düşünən insanlar yoxmu? Biz Fransa ilə bütün platformalarda işləməyə davam etməli və daha çox Fransa senatorunu və deputatını ölkəmizə dəvət etməliyik. Gəlmirlər, özləri bilər. Amma, biz özümüz davamlı olaraq Fransaya gedək və davamlı olaraq onları bura dəvət edək. Mən bu məqsədlər üçün resursların tapılmasını təklif edirəm. Çünki, ermənilər bunu lobbi vəsaitlərilə həll edirlər. Ola bilməz ki, bütün fransızlar 24 saat Ermənistan və erməniləri düşünsünlər.
Fransanın Azərbaycandakı səfirli və səfirliyi ilə də fərqli şəkildə işləmək lazımdır. Incik düşmək olar, amma soyuqbaşla rasional qərarlar üzərində düşünək. Səfirlə bir neçə dəfə görüşümüz olmuşdu və o deyirdi ki, Ermənistan onu özünə düşmən elan edib və geri çağırılması üçün təzyiqlər edir. Skrinşotlarını da göstərirdi. Fransa səfirliyi ilə daha yaxından işləyək.
Milli Cəbhə Partiyası - MCP Frannsa Milli Assambleyasının qətnaməsini qətiyyətlə pisləyir və qəbuledilməz sayır. Qərəz göz önündədir. 30 il Azərbaycan torpaqlarının işğalına göz yumdu. Fransa Azərbaycana münasibətdə tam haqsız davranır", - deyə məlumatda bildirilir.
Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN