booked.netbooked.net booked.net  

Finlandiya hakimiyyəti enerji sektorunu dəstəkləmək üçün Kiyevə 4,5 milyon avro ayıracaq. Bu barədə respublika hökumətinin yaydığı məlumatda deyilir.

Maliyyə yardımı 2010-cu ildən yerli enerji təhlükəsizliyi layihələrini dəstəkləyən Şərqi Avropa Enerji Səmərəliliyi və Ətraf Mühit Tərəfdaşlığı (E5P) fondu vasitəsilə həyata keçiriləcək.

Finlandiyanın xarici ticarət və inkişaf naziri Ville Skinnari deyib: “Eyni zamanda, biz Ukraynanın enerji səmərəliliyinin artırılması üzərində işləyirik: biz ölkədə istilik təchizatının yaxşılaşdırılması və enerjiyə qənaət edən ictimai nəqliyyatın inkişafı üçün həll yolları axtarırıq”.

Fond çərçivəsində Ukrayna ilə yanaşı, Finlandiya da Azərbaycan, Ermənistan, Gürcüstan və Moldovaya dəstək verir, onlara 400 min avro məbləğində maliyyə vəsaiti ayırır.

E.ŞİRİNOV

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN