booked.netbooked.net booked.net  

Bundestaqın Müdafiə Komitəsinin rəhbəri Marie-Agnes Strack-Zimmermann ABŞ-ın Almaniyanın Ukraynaya Leopard 2 tanklarını təhvil verməsini dəstəkləyəcəyini təsdiqləyib.

"Bu, mənim Vaşinqtona səfərim zamanı, Dövlət Departamentində, Konqresdə və Senatda aparılan bütün müzakirələr zamanı da öz təsdiqini tapdı. Tərəfdaşlarımız Almaniyanın öhdəliklərini yerinə yetirməsini gözləyirlər. Biz Ukraynanı tərk etməməliyik. Sizə tanklar lazımdır", - Strack-Zimmermann yazıb.

Dekabrın 7-də mətbuatda məlumat yayıldı ki, Vaşinqton "tank embarqosu"nu ləğv edir və əgər Berlin Ukraynaya tanklar ötürmək istəyirsə, o zaman bunu edə bilər. ABŞ-ın Almaniyadan bu cür tədarüklərin həyata keçirilməsini tələb etmədiyi dəqiqləşdirilir.

Əlavə edirik ki, yalnız Rheinmetall və Krauss-Maffei Wegmann istehsalçılarının ehtiyatlarından Almaniya ən qısa müddətdə 80 tankı köçürə bilər.

E.ŞİRİNOV

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN