Ryazanın Puşkin küçəsindəki yaşayış binasında qaz partlayışı nəticəsində iki nəfər dağıntılar altında qalıb.

Bunu REN TV-nin mənbəsi bildirib.

“İki nəfər dağıntılar altındadır”, - mənbə bildirib.

Təcili xidmətlər yerindədir. İkimərtəbəli evdə baş verən partlayışdan sonra birinci və ikinci mərtəbələr arasındakı tavanlar qismən uçub. Məlumata görə, çökmə evin küncündə baş verib.

E.ŞİRİNOV