Hələlik Ukrayna Avropa Birliyinə (Aİ) daxil ola bilməz. Avropa Komissiyasının (AK) rəhbərinin müavini Frans Timmermans bu qərarın səbəbini açıqlayıb.

Onun sözlərini Deutsche Welle media şirkəti sitat gətirib.

Onun sözlərinə görə, ölkə ərazisində hərbi əməliyyatların getdiyi və Rusiya hərbçilərinin olduğu bir vaxtda Ukraynanın müraciəti təsdiq edilə bilməz.

“Ukraynanın Aİ-yə daxil olmasının şərtlərindən biri müharibənin dayandırılması və Rusiya qoşunlarının oradan çıxarılmasıdır”, - F.Timmermans deyib.

E.ŞİRİNOV