booked.netbooked.net booked.net  

Almaniyadakı Amerika qoşunları qanuni və faktiki olaraq işğalçı qüvvələr olaraq qalır.

TASS yazır ki, bunu Rusiya prezidenti Vladimir Putin Tatyana Günü şərəfinə tələbələrlə görüşündə deyib.

"Sovet qoşunları Avstriyada idi, lakin onlar könüllü olaraq oranı tərk etdilər. Rusiya Sovet İttifaqının hüquqi varisi kimi Avstriya Respublikasının Konstitusiyasının təminatçısı və Avstriya Respublikasının neytral statusunun təminatçısı kimi çıxış etmişdir", - deyən Putin Avstriya vətəndaşlarının bu mövqeyə görə Rusiyaya minnətdar olduğunu bildirib.

O, həmçinin xatırladıb ki, Sovet İttifaqı İkinci Dünya Müharibəsindən sonra Almaniyanın işğalına son qoymasını qanuni şəkildə rəsmiləşdirib. "Almaniya, bildiyiniz kimi, dörd sektora bölündü - Amerika, Britaniya, Fransa və Sovet. Beləliklə, Sovet İttifaqı bu işğal statusunun ləğvini rəsmiləşdirdi, lakin ABŞ bunu etmədi", - deyən Putin Amerika işğalçı qoşunlarının hələ də Almaniyada olduğunu qeyd edib.

E.ŞİRİNOV

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN