Ukrayna Silahlı Qüvvələri (USQ) Rusiya qüvvələrinin bölgədə aktivləşməsindən sonra Zaporojye vilayətində hər gün 200-ə qədər döyüşçünü itirir.

Tezadlar.az TASS-a istinadən xəbər verir ki, bunu “Biz Rusiya ilə birlikdəyik” hərəkatının sədri Vladimir Roqov deyib.

"Zaporojye vilayətində Ukrayna Silahlı Qüvvələrinin bölmələri gündə 80, 120, 150 və hətta 200 nəfəri itirir", - Roqov deyib.

Bundan əvvəl Roqov Ukrayna ordusunun 128-ci briqadasının bölgədəki komanda məntəqəsinin Rusiya hərbçiləri tərəfindən məhv edilməsindən danışıb. Onun sözlərinə görə, əvvəllər adıçəkilən bölmədə komanda heyətində itki olmayıb.

E.ŞİRİNOV