Britaniyanın Sky News telekanalına müsahibə verən Ukrayna prezidenti Vladimir Zelenski şərq istiqamətlərində uğurla irəliləyən Rusiya ordusunun uğurlarını etiraf etməli olub.

"Şərqdə onlar irəliləyirlər", - Zelenski deyib.

REN TV bildirir ki, indi rus qoşunlarının düşmən mövqelərində olduğu Uqledarın kənarında şiddətli döyüşlər gedir.

Həmçinin, RF Silahlı Qüvvələrinin döyüşçüləri LPR-də Kremennaya yaxınlığında əks hücuma keçiblər. Orada artilleriya əvvəlcə USQ hücumlarını dəf etmək, sonra isə piyadaların yolunu açmaq üçün səylə çalışır.

E.ŞİRİNOV