Fransanın Ukraynaya təhvil vermək üçün çox az "Leclerc" tankı var.

Tezadlar.az xəbər verir ki, bu barədə "Le Monde" respublikanın hərbi dairələrindəki mənbəyə istinadən məlumat yayıb.

Nəşrin yazdığına görə, Paris Kiyevə cəmi 10-20 döyüş maşını göndərə bilər ki, bu da Almaniyanın digər ölkələrdən təhvil verilməsi üçün təsdiqlənmiş Alman "Leopard" tanklarının sayından xeyli azdır. Fransız texnologiyasını saxlamaqda çətinlik də qeyd olunur. "Leclerc" yanacaq və sursat baxımından yerləşdirmək üçün əhəmiyyətli maddi-texniki dəstək tələb edir.

E.ŞİRİNOV