booked.netbooked.net booked.net  

Hakim koalisiyaya daxil olan Almaniya Sosial Demokrat Partiyasının (SDP) lideri Saskia Esken Ukraynaya döyüş təyyarələrinin çatdırılmasına icazə verib.

Tezadlar.az xəbər verir ki, bu barədə Mercure.de məlumat yayıb.

Eyni zamanda, siyasətçi qeyd edib ki, Berlin bütün vasitələrlə münaqişə tərəfinə çevrilməməyə çalışır. O, Almaniyanın Ukraynaya silah tədarükü məsələlərində ABŞ-la sıx təmasda olduğunu vurğulayıb.

Esken Almaniyanın Rusiya prezidenti Vladimir Putinə "Rus təcavüzünü rədd etdiyimizi" açıq şəkildə bildirməsinin vacib olduğuna diqqət çəkib.

Bundan əvvəl Almaniya kansleri Olaf Şols Qərb ölkələrini Ukraynaya hərbi dəstəyə görə silahlanma yarışının qarşısını almağa çağırıb.

E.ŞİRİNOV

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN