Fransa prezidenti Emmanuel Makron, adətən, başqasının xahişi ilə Rusiya prezidenti Vladimir Putinə zəng edir.

Fransa Xarici İşlər Nazirliyinin sözçüsü Ann-Kler Legendre bunu fransız siyasətçidən kimin soruşduğunu açıqlayıb.

O, RTVI-ya istinadən xəbər verir.

Departament nümayəndəsinin sözlərinə görə, fransız siyasətçi Ukrayna prezidenti Vladimir Zelenskinin xahişi ilə Putinə zəng edir. Xüsusilə, söhbət Enerqodardakı Zaporojye AES-də (ZAES) vəziyyətin müzakirəsindən gedir. Legendre əlavə edib ki, məhz bu zənglər sayəsində MAQATE missiyası ZAES-ə göndərilib.

“Makron niyə bunu edir? Aydın şəkildə görürük ki, bu gün söhbət silahla aparılır, danışıqlar vaxtı hələ gəlməyib. Lakin elə bir zaman gələcək ki, Ukraynaya yerlərdə verdiyimiz dəstəyi nəzərə alsaq, ukraynalılar qərar verəcəklər ki, ərazi bütövlüyü və suverenliklərinin qaytarılmasına nail olmaq üçün danışıqların vaxtı çatıb”, - Legendre deyib.

Bundan əvvəl Moskva Kiyevi ZAES ətrafında təhlükəsizlik zonası ilə bağlı danışıqları uzatmaqda ittiham etmişdi. Rusiya Xarici İşlər Nazirliyinin rəis müavini Sergey Ryabkov bildirib ki, Ukrayna tərəfi təhlükəsizlik zonası ilə bağlı təkliflərə cavab verməyib.

E.ŞİRİNOV