booked.netbooked.net booked.net  

Çeçenistanın rəhbəri Ramzan Kadırov yaxın qohumlarının respublika hökumətində yüksək vəzifələrə təyin olunması ilə bağlı məlumatı “Qanun hər şeydən üstündür” sözləri ilə şərh edib.

Bu barədə o, şəxsi Telegram kanalında yazıb.

Kadırov onun qanunu pozmaqda ittiham olunmasını təhqir hesab edib və xatırladıb ki, Çeçenistan Respublikasında “qanun hər şeydən üstündür”. O, həmçinin atası Axmat Kadırov və digər qohumları da daxil olmaqla, “respublikamızın Konstitusiyası uğrunda minlərlə çeçenin canını fəda etdiyini” qeyd edib.

“Hansı bir qurumda, hansı vəzifədə olan qohumlarımdan tələb on dəfə çoxdur, çünki onlar sübut etməlidirlər ki, mənim sayəmdə deyil, mənə rəğmən işləyirlər. Kimə güvənirəmsə, onu təyin edirəm", - deyə Çeçenistan Respublikasının başçısı izah edib.

Bundan əlavə, Kadırov bildirib ki, qanun sayəsində “Çeçenistan ölkənin münbit və təhlükəsiz bölgələrindən biridir”.

Fevralın əvvəlində Çeçenistan rəhbəri Ramzan Kadırov atası, respublikanın ilk prezidenti Axmat Kadırovla müharibəni bitirəcəyini vəd edən arxiv videosunu dərc etmişdi.

K.ŞİRİNOV

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN