Artıq iki gündür ki, Azərbaycan xilasediciləri Türkiyənin zəlzələ bölgəsindədir...

Tezadlar.az CNN-Türk-ə istinadla bildirir ki, onlar indiyədək dağıntılar altından 37 nəfəri sağ çıxarıb,  145 nəfərin isə meyiti götürülüb. bu barədə həm də Azərbaycan Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat yayıb. 

 

Beləliklə, Türkiyədə baş verən zəlzələ qurbanlarının sayı 12400-ı çatıb. Yaralılar isə 64 min nəfərdir və bu rəqəmlər durmadan artır... Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ölənlərin xatirəsini anmaq üçün ölkədə 7 günlük matəm elan edib. Bundan başqa, ölkənin zəlzələ baş verən 10 şəhərində 3 aylıq fövqəladə vəziyyət elan olunub.

Allah səbr versin! 

A.Məmmədli