booked.netbooked.net booked.net  

45 yaşlı Taqanroq sakini yeddinci mərtəbədən yıxılıb, bundan sonra ayağa qalxaraq özbaşına evə gedib. Bu barədə yerli donday.ru nəşrinə mənbə bildirib.

Nəşrin həmsöhbətinin sözlərinə görə, hadisə martın 21-nə keçən gecə baş verib. Rusiyalı yüngül xəsarətlər aldığı üçün həkimə müraciət etməyib. Lakin bir müddət sonra o, ürəyindəki ağrıdan qonşuya şikayət edib. Qadın onun üçün təcili yardım çağırıb.

Hadisə yerinə gələn həkimlər müəyyən ediblər ki, kişi böyük hündürlükdən yıxılaraq sağ qalıb. Bundan sonra vətəndaş xəstəxanaya yerləşdirilib.

Böyük hündürlükdən yıxılan insanlar bəzən sağ qala bilirlər və Taqanroqda baş verən hadisə son vaxtlar ilk belə hal deyil. Belə ki, fevral ayında Ufada bir işçi səkkizinci mərtəbədən liftin şaxtasına düşüb. O, yıxıldıqdan sonra beyin sarsıntısı və sınıqlarla sağ qalıb. Bir ay əvvəl Moskva vilayətində 9-cu sinif şagirdi 18-ci mərtəbədən yıxılıb və o da sağ qalıb.

E.ŞİRİNOV

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN