Ukrayna döyüşçüləri Donetsk Xalq Respublikasının yaşayış məntəqələrini növbəti dəfə atəşə tutublar.

Tezadlar.az xəbər verir ki, Donetsk meri Aleksey Kulemzin martın 21-də baş verən yeni hücumu açıqlayıb.

Belə ki, ukraynalı yaraqlılar Aleksandrovka kəndinə mərmi atıblar. Orada yaşlı qadın yaralanıb.

Kulemzin Telegram-da yazıb: “Yenilənmiş məlumata görə, dünən Qorki küçəsindəki Aleksandrovka kəndinin atəşə tutulması nəticəsində 1944-cü il təvəllüdlü qadın yaralanıb”.

Bundan əvvəl məlum olub ki, həmin gün Ukrayna Silahlı Qüvvələrinin Makiyevka ətrafını atəşə tutması zamanı daha bir pensiyaçı yaralanıb, onun evi tamamilə dağılıb.

Bundan əlavə, çərşənbə axşamı millətçilər Donetskdə "Qrad"dan 30 raket atıblar.

Kənan ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN