Rusiya prezidenti Vladimir Putin və Çin prezidenti Si Cinpin danışıqlarda Ukraynanın sülh planını müzakirə etməyiblər.

Tezadlar.az xəbər verir ki, bunu Rusiya liderinin mətbuat katibi Dmitri Peskov deyib.

"Ukraynanın sülh planı müzakirə olunmayıb. Çinin sülh planının ehtiva etdiyi müddəalar ətrafında fikir mübadiləsi aparılıb. Bu, daha çox Çin və Ukrayna arasında ikitərəfli münasibətlərə aid olan məsələdir", - Kreml sözçüsü vurğulayıb.

Xatırladaq ki, fevralın 24-də Çin Xarici İşlər Nazirliyi Ukrayna münaqişəsinin həlli ilə bağlı 12 bəndlik planını təqdim edib. Pekin Rusiya və Ukrayna arasında dialoqun bərpasına, həmçinin daha da gərginləşməsinin qarşısını almağa çağırıb.

E.ŞİRİNOV