booked.netbooked.net booked.net  

Aİ bunu üçün Ermənistanı seçib...

***

Ermənistan Azərbaycanın suveren ərazilərini tanımaq yerinə, sülh danışıqlarından imtina edərək sərhədboyu təxribatlara əl atır. Ötən ilin oktyabrından Ermənistan-Azərbaycan şərti sərhədində Avropa İttifaqının (Aİ) müşahidə missiyası fəaliyyətə başlayıb. Aİ müşahidə missiyasının əsas məqsədi öz səlahiyyətləri çərçivəsində eskalasiyanın və mümkün ola biləcək hərbi təxribatların qarşısını almaq idi. Təəssüflər olsun ki, fəaliyyətə başladıqları gündən Ermənistan tərəfdən sərhəd məntəqələrinə qarşı təxribatların sayının artmasına baxmayaraq, Aİ buna nə hüquqi, nə də siyasi qiymət verməyib. Monitorinq qrupunun rəhbəri bir dəfə mətbuata açıqlamasında həftədə bir dəfə Brüsselə məxfi şəkildə hesabatlar göndərdiyini bildirib. Əgər Aİ demokratiya və Qərb dəyərlərindən çıxış edirsə, şəffaflığın təminatına şübhələr qalmasın deyə rəsmi Bakı ilə hazırlanan hesabatlar paylaşılmalıdır. Çünki missiya Azərbaycanın sərhəd rayonlarına yaxın dislokasiya olunub, təxribatlar Azərbaycan Ordusuna qarşı törədilir. Əks halda olanlar missiyanın bitərəf deyil, birtərəf kimi fəaliyyət göstərmək niyyətində olduğunu deməyə əsas verir. Belə olan halda Ermənistanın təxribatlarını ört-basdır etməyə yönəlmiş missiya sülhün və sabitliyin bərqərar olmasına deyil, gərginliyin və eskalasiyanın genişlənməsinə şərait yaratmış olur.

TEZADLAR.AZ xəbər verir ki, bu fikirləri AZƏRTAC-a açıqlamasında politoloq Tural Əliyev söyləyib.

Onun sözlərinə görə, təhlillər və müşahidələr bir daha göstərir ki, Aİ-nin monitorinq missiyası Ermənistanı regionda öz maraqlarına uyğun gizli fəaliyyətləri həyata keçirmək üçün məkan olaraq seçib. Bu isə öz növbəsində Ermənistanın satellit dövlət, yəni formal müstəqillik xarakterinin sübutudur. Avropa İttifaqı həqiqətən vasitəçilik prinsiplərində ədalətə söykənərək regionda sülhün tam olaraq üstünlüyünə nail olmaqda israrlıdırsa, Ermənistanın hərbi təxribatlarını açıq şəkildə qınamalı, Avropada sifariş əsasında işləyən ayrı-ayrı siyasi dairələrin Azərbaycana qarşı qanunsuz ittihamlar səsləndirməsinin qarşısını kəsməlidir. Bütün bunlar baş vermədikcə, söz və əməl arasında uçurum dərinləşdikcə beynəlxalq qurumlar öz simalarını itirməyə doğru gedirlər.

Dövlətimizin başçısının işğaldan azad edilən Talış kəndində söylədiyi nitqində yer alan xəbərdarlıqlar Ermənistan və onun arxasında duran qüvvələrə ciddi bir siqnal olmalıdır. "Ermənistan və havadarları 44 günlük Vətən müharibəsində dərs çıxarmaq istəmirlərsə, kimlərinsə yalan, şirin vədlərinə arxayın olub, sülh müqaviləsini bağlamaqdan imtina edirlərsə və əgər düşünürlər ki, bu şəkildə prosesi bir 30 il də uzada bilərlər, yanılırlar. Regionda yaranmış reallıqları bilərəkdən görməzdən gələn və hər vəchlə çalışıb, sabitliyi pozmaq istəyən qüvvələr məğlubiyyətə düçar olacaqlar. Azərbaycan xalqının, ordusunun səbrini və iradəsini yoxlamağa gərək yoxdur. Bunun Ermənistan üçün nə ilə nəticələndiyini anlamamış durumda deyillər. Odur ki, Ermənistan Azərbaycanın beynəlxalq hüquqlara əsaslanan beş baza prinsipindən ibarət şərtlərini qəbul etməkdən başqa yol axtarmağa son qoymalıdır. Bölgədə sülhün alternativi yoxdur. Çirkin niyyətli ölkələrin isə siyasi alət rolunda Ermənistandan istifadə edərək Azərbaycanı haqq yolundan döndərmək cəhdləri iflasa uğrayır", - deyə T.Əliyev bildirib.

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN