Pentaqonun sızdırılmış sənədləri ABŞ-ın İsrailə öldürücü silah tədarük etmək planlarını ortaya qoyur.

Tezadlar.az bildirir ki, bu barədə CNN xəbər verir.

“İsrail: Ukraynaya ölümcül yardımın göstərilməsi yolları” başlıqlı fayllardan birində deyilir ki, ABŞ-ın artan təzyiqi altında və ya Rusiya ilə münasibətlərin pisləşdiyi güman edilən halda Təl-Əviv Ukraynaya ölümcül silahlar yardım göstərməyi nəzərdən keçirəcək. Sənəd 28 fevral tarixli və çox məxfi “tədqiqat təhlili” kimi qeyd olunub.

Sənəddə həmçinin deyilir ki, İsrail Kiyevə kəşfiyyat və qeyri-öldürücü müdafiə sistemləri göndərmək öhdəliyinə sadiqdir. Bundan əlavə, belə bir siyasətin Moskva və Vaşinqtonla münasibətlərdə balansın saxlanmasına, həmçinin Suriyada müstəqil fəaliyyətə malik olmasına kömək edəcəyi qeyd edilir.

E.ŞİRİNOV