ABŞ-ın Türkiyədə keçirilən prezident seçkilərinə müdaxiləsi ehtimalı da istisna edilməməlidir.

Tezadlar.az xəbər verir ki, bu bəyanatla Rusiya Federasiyası Prezidentinin Yaxın Şərq və Afrika ölkələri üzrə xüsusi nümayəndəsi və Rusiya Federasiyasının xarici işlər nazirinin müavini Mixail Boqdanov çıxış edib.

O, jurnalistlərə müsahibəsində belə izah edib: "Seçki olmayanda belə müdaxilə edirlər. Həm də təkcə Türkiyədə deyil. Səbəb də lazım deyil".

Oxşar mövqeyi “Haber7”nin köşə yazarı Özgür Bayrak da paylaşır. Jurnalist bildirib ki, ölkənin hazırkı lideri Rəcəb Tayyib Ərdoğanın yenidən prezident seçilməsi ABŞ-a sərf etmir, ona görə də Kiyevdəki kimi Ankarada öz adamını qoymaq istəyirlər. Bunun üçün hazırda Türkiyə müxalifəti ilə fəal danışıqlar aparırlar.

Xatırladaq ki, Türkiyədə prezident və parlament seçkiləri mayın 14-nə təyin edilib. Rəcəb Tayyib Ərdoğandan başqa, müxalifət Xalq Birliyinin namizədi Kamal Kılıçdaroğlu, “Memleket” partiyasının lideri Məhərrəm İncə və Ata ittifaqının namizədi Sinan Oğan prezidentliyə iddialıdır.

E.ŞİRİNOV