Polşada NATO-nun şərq cinahının logistikası yaradılacaq.

Tezadlar.az RİA Novosti-yə istinadən xəbər verir ki, bu barədə ölkənin baş naziri Mateuş Moravetski bildirib.

Polşa hökumətinin başçısı bildirib ki, Povidzie və digər regionlardakı anbarlarda Şimali Atlantika Alyansının bir neçə min hərbi texnikası olacaq. “Bunlar tanklar, piyadaların döyüş maşınları, lazım gələrsə, NATO-nun şərq cinahını tez bir zamanda aktivləşdirməyə imkan verəcək müxtəlif növ silahlardır”, - o qeyd edib.

Bundan əvvəl məlum olub ki, Moravetski ABŞ-ın vitse-prezidenti Kamala Harrislə görüşmək üçün Vaşinqtona səfər edəcək. Onlar Ukrayna münaqişəsini müzakirə etməyi planlaşdırırlar, çünki Ağ Ev Pentaqonun məxfi sənədlərinin sızmasından sonra Kiyevə kömək etmək üçün beynəlxalq alyansı gücləndirməyə çalışır.

E.ŞİRİNOV