Kiyevin mərkəzində, Xreşçatıkda bina yanıb.

Tezadlar.az bildirir ki, bu barədə şəhərin meri Vitali Kliçko öz Telegram kanalında məlumat verib.

“Xreşçatıkda yanğın. Karpenko-Karı Kiyev Milli Universitetinin tədris korpusunun üçüncü mərtəbəsi yanır”, – mer yazıb.

Kliçko əlavə edib ki, yanğının lokallaşdırılması 10 kvadratmetrdir, xilasetmə xidmətləri onun aradan qaldırılması üzərində işləyir.

E.ŞİRİNOV