FTX Ukrayna Silahlı Qüvvələrinə pul köçürən Xabarovsk sakinini dövlətə xəyanətdə şübhəli bilinərək saxlayıb.

Tezadlar.az bildirir ki, bu barədə mətbuata Rusiya FTX-nin İctimaiyyətlə Əlaqələr Mərkəzindən (İƏM) məlumat verilib.

“Rusiya Federasiyasının Federal Təhlükəsizlik Xidməti Rusiya Federasiyasının təhlükəsizliyinə qarşı yönəlmiş fəaliyyətdə Ukrayna Silahlı Qüvvələrinə maliyyə yardımı şəklində dövlətə xəyanətdə iştirak edən Xabarovsk sakininin qanunsuz fəaliyyətini dayandırıb”, - İƏM deyib.

“Əməliyyat-axtarış tədbirləri zamanı müəyyən edilib ki, şübhəli şəxs Ukrayna Silahlı Qüvvələri tərəfindən silah, sursat və geyim forması əldə etmək üçün şəxsi pul köçürmələri həyata keçirib”, - FTX bildirib.

Faktla bağlı cinayət işi başlanıb.

E.ŞİRİNOV