Bu gün Azərbaycanın avtoyolların qan töküldü...

Belə ki, Bakı-Ələt-Qazax-Gürcüstan dövlət sərhədi avtomobil yolunun Kürdəmir rayonunun Karar kəndi ərazisindən keçən hissəsində baş verən ağır qəzası ilə bağlı cinayət işi başlanılıb. Belə ki, qəza nəticəsində 2 nəfər ölüb, 8 nəfər isə ağır yaralanıb. Bununla bağlı Azərbaycan Cinayət Məcəlləsinin 263.3-cü (Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma, ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanılıb, istintaq aparılır. Quliyev Fəxrəddin Məhəmmədhəsən oğlu, Quliyev Elgün Rəhbər oğlu, Məmmədova Zeynəb Mübariz qızı, Quliyeva Zəhra Vüqar qızı, Quliyev Məhəmməd Vüqar oğlu, Quliyeva Qələmnaz Vüqar qızı, Əliyev İlqar Gəray oğlu, Mehdiyev Eldəniz Zahid oğlu yaralanıblar.

Yaralıların vəziyyətinin ağır olduğu bildirilir. 

Sürücülərin yağmurlu havalarda son dərəcə diqqətli olmaları, sükan arxasında telefonla qurdalanmamaları tələb olunur.

XƏYYAM