Gürcüstanda səfərdə olan NATO baş katibi köməkçisinin müavini Ceyms Appaturay jurnalistlərə açıqlayıb

ki, Ukraynanın sadəcə məğlub olmaması deyil, həm də qalib gəlməsi vacibdir.

“Çünki Ukrayna məğlub olarsa, həm Gürcüstan, həm də bizim hamımız üçün təhlükəsizlik məsələləri son dərəcə çətin olacaq", - deyə bildirib.

 Onun sözlərinə görə, Rusiya Gürcüstan üçün də təhlükəsizlik baxımından qorxuludur və qoşunlar heç də uzaqda deyil: "NATO Rusiya qoşunlarının paytaxt Tbilisidən çox da uzaqda olmadığını nəzərə alaraq Gürcüstanın üzləşdiyi çətin durumunu anlayır, bununla belə bütün ölkələr bacardıqları çərçivədə Ukraynaya maksimum dəstək verməlidirlər.

Xatırladaq ki, 1 ildən artıqdır ki, Ukraynada müharibə gedir.

2022-ci ilin fevralın 21-də Rusiya Prezidenti Vladimir Putin qondarma Donetsk və Luqansk “Xalq Respublikaları”nın Rusiya tərəfindən tanınması barədə fərman imzaladı. Fevralın 24-də isə Moskva vaxtı ilə səhər saat 5:30-da Donbassda “xüsusi əməliyyat”ın başladığını elan etdi. O, bu addımı RF-nin Ukraynanın demilitarizasiyası və denazifikasiyası üçün səy göstərəcəyi ilə əsaslandırdı.

 Rusiya prezidenti Vladimir Putin daha sonra Ukraynanın Xerson, Zaporojye, Donetsk və Luqansk vilayətlərinin rəsmi ilhaqını elan edib.

 

JASMİN