Sevastopolda mikroavtobusun toqquşması nəticəsində 12 nəfər xəsarət alıb.

Hadisə mayın 5-də baş verib. İlkin məlumata görə, sürücü idarəetməni itirərək ağaca çırpılıb.

Hadisə nəticəsində, ikisi azyaşlı olmaqla 12 nəfər xəsarət alıb. Onlara lazımi tibbi yardım göstərilir.

Sevastopol qubernatoru Mixail Razvojaev Telegram kanalında "12 qurban, ilkin məlumata görə, onlardan 8-i orta ağır, ilkin 3-ü ağırdır", - deyib.

E.ŞİRİNOV