Sumqayıtda 23 yaşlı qız itkin düşüb.

Bu barədə Tezadlar.az-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, Sumqayıt şəhəri, BTZ bağlar massivi ərazisində yaşayan 23 yaşlı Fidan Yusubova mayın 2-də axşam saatlarında yaşadığı ünvandan çıxaraq bir daha geri qayıtmayıb.

Onun boyu təxminən 162 santimetr, orta bədən quruluşlu, ağbəniz, yumru sifətli, sarı saçlı, gözlərinin rəngi yaşıldır.

Evdən çıxarkən əynində boz rəngli gödəkcə, qara rəngli cins şalvar, ayağında qara rəngli idman ayaqqabısı olub.

Şəkildəki qızı görənlərdən və barəsində məlumatı olanlardan Daxili İşlər Nazirliyinin "102 - Zəng Mərkəzi”nə, həmçinin (018) 654-02-02; (018) 655-76-65 şəhər və (077) 277-97-97; (050) 835-04-01; (050) 538-41-51 mobil nömrələrinə zəng vuraraq məlumat vermələri xahiş olunur.