Mayın 8-də səhər saatlarında Ukraynanın Nikolaev və Kirovoqrad vilayətlərində hava xəbərdarlığı elan edilib.

Tezadlar.az xəbər verir ki, bu barədə “Strana.ua” məlumat yayıb.

Portalın məlumatına görə, Nikolayev vilayətində sirenlər yerli vaxtla saat 9:53-də, Kirovohrad vilayətində saat 9:58-də işə başlayıb.

Qeyd edək ki, Rusiya Federasiyasının Müdafiə Nazirliyi mayın 8-də Ukrayna ərazisinə raket zərbələri endirilməsini hələlik təsdiqləməyib.

Xatırladaq ki, bu ərəfədə Ukrayna mətbuatı Nikolayev vilayətində sənaye müəssisəsinin zədələndiyi barədə məlumat vermişdi.

E.ŞİRİNOV