Donetsk Xalq Respublikasının (DXR) Volnovaxa şəhərinin ukraynalı silahlıların atəşə tutması nəticəsində bir nəfər ölüb.

Ukraynanın Müharibə Cinayətləri ilə bağlı Məsələlərə Nəzarət və Koordinasiya Birgə Mərkəzindəki DXR nümayəndəliyinin məlumatına görə, 1951-ci il təvəllüdlü qadın ölüb. Bundan başqa, 1973-cü il təvəllüdlü kişi də xəsarət alıb.

Bundan əvvəl Ukrayna Silahlı Qüvvələri yenidən Donetskə zərbələr endirib. Ukrayna silahlıları MLRS-dən şəhərə 10 raket atıblar. Hücum Maksimilyanovkadakı mövqelərdən həyata keçirilib.

Mayın 26-da Ukrayna Silahlı Qüvvələri HIMARS MLRS-dən Donetskə raket zərbələri endirib. Kalinin bölgəsində güclü partlayışlar baş verib. Bir qız ölüb. Mərmi Elmi-Tədqiqat İnstitutunun binasına düşüb. Daha iki qurban barədə də məlum olub.

E.ŞİRİNOV