Filippinin Moskvadakı səfiri İqor Bayilen ölkəsinin Rusiyaya qarşı sanksiyalar tətbiq etməyəcəyini etiraf edib.

Tezadlar.az xəbər verir ki, bu barədə “RİA Novosti” məlumat yayıb.

“Filippinin Aİ-nin Rusiyaya qarşı sanksiyalarına qoşulacağını və ya başqa bir şəkildə onlara dəstək verəcəyini düşünmürəm, mən bunu eşitməmişəm”, – Bayilen bildirib.

Filippinin Rusiya paytaxtındakı səfiri Rusiya Federasiyasına qarşı sanksiyalarla bağlı digər təfərrüatları açıqlamayıb. Filippin, milli təhlükəsizlik müşaviri Klarita Karlosun sözlərinə görə, sanksiyalar və Ukrayna münaqişəsi məsələsində neytral mövqe tutub.

2022-ci ilin iyununda məlum olub ki, Filippinin yeni administrasiyası Rusiya ilə Ukrayna arasındakı münaqişədə neytral mövqe tutmaq qərarına gəlib.

Həmçinin, ötən ilin yayında Filippin Müdafiə Nazirliyi Rusiyadan 16 Mi-17 helikopterinin alınması ilə bağlı sövdələşmənin dayandırıldığını təsdiqləyib.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

Jurnalistler


IMAGE
HƏFTƏBECƏR
Tuesday, 05 September 2023
By Elçin Məmmədli
IMAGE
QEYRƏTLİ, ŞANLI, ŞƏHİDİM
Wednesday, 27 September 2023
By Şakir Qurbanov

İDMAN