booked.netbooked.net booked.net  

Qazaxıstanda Belarus prezidentinin nüvə silahı əldə etmək üçün respublikanın Rusiya və Belarus İttifaqına daxil edilməsi təklifi absurd adlandırılıb.

Bu sözləri Qazaxıstan Senatının nümayəndəsi Zaureş Batalova deyib.

“Məhz nüvə silahının olması və bunun ölkəni gücləndirməsi əsasında birləşmə yolverilməz bir absurddur”, - deyib.

Onun sözlərinə görə, Lukaşenkonun fikri “müzakirə predmeti kimi qəbul edilməməlidir” və Qazaxıstan “sülh, qarşılıqlı faydalı əməkdaşlıq formaları” axtaran müstəqil dövlət olaraq qalmalıdır.

Lukaşenko bir qədər əvvəl bildirmişdi ki, nüvə mühafizəsinə malik olmaq istəyən ölkələr Rusiya və Belarus İttifaq Dövlətinə qoşula bilər. O, Qazaxıstan lideri Qasım-Jomart Tokayevin Moskva və Minskin iki nəfər üçün bir nüvə silahına malik olması barədə bəyanatını belə şərh edib.

E.ŞİRİNOV

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN