Tokionun Haneda hava limanında iki sərnişin təyyarəsi uçuş-enmə zolağında bir-birinə çırpılıb.

Tezadlar.az xəbər verir ki, bu barədə NHK telekanalı məlumat yayıb.

Telekanalın məlumatına görə, Tayvanın EVA və Thai Airways aviaşirkətlərinin təyyarələri toqquşub. Yayımlanan görüntülərdə laynerlərin bir-birinə yaxın olduğu görünür. Thai Airways-ə məxsus təyyarənin qanadı zədələnib. Zərərçəkənlər barədə məlumat verilmir.

Hadisə yerinə hava limanının əməkdaşları gəlib. Hadisənin baş verdiyi uçuş-enmə zolağı müvəqqəti bağlanıb. Qeyd olunur ki, bəzi daxili və beynəlxalq reyslər 30 dəqiqədən bir saata qədər gecikib. Hadisənin səbəbi araşdırılır.

E.ŞİRİNOV