Avqustun 7-də ABŞ-ın şərq sahillərini vuran şiddətli tufan 1 milyondan çox insanı işıqsız qoyub. Bunu “PowerOutage” monitorinq resursunun məlumatları sübut edir.

Fırtına bir neçə ştata - Missisipidən Nyu-Yorka qədər təsir edib. Güclü külək elektrik xətlərini kəsib, bəzi ştatlarda daşqınlar yaşanır. Ən çox elektrik kəsilməsi Şimali Karolina, Pensilvaniya, Merilend və Corciya ştatlarında baş verib.

CNN-in məlumatına görə, Gürcüstanda azı bir nəfər ölüb. Tennessi ştatında güclü külək evlərin damlarını qoparıb.

Fırtına səbəbindən Nyu-York, Nyu-Cersi, Pensilvaniya ştatlarında, eləcə də paytaxt Kolumbiya dairəsində bir neçə hava limanının fəaliyyəti dayandırılıb.

E.ŞİRİNOV