Azyaşlı nəvəsini baxımsız şəraitdə saxlayan qadına cinayət işi açılıb.

Bu barədə Tezadlar.az-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Anar Qafarov məlumat verib. Bildirib ki, Sumqayit Şəhər Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin 128-ci (Qəsdən sağlamlığa yüngül zərər vurma) maddəsi ilə Abdullayeva Ülviyyə Rəsul qızı barəsində cinayət işi başlanılıb.

Hazırda istintaq hərəkətləri davam etdirilir.