Rusiya qüvvələri DXR-in Avdeevka istiqamətində üç dayaq məntəqəsini ələ keçirib.

Bunu Donetsk Xalq Respublikasının (DXR) başçısı səlahiyyətlərini icra edən Denis Puşilin deyib.

"Avdeevka istiqamətinə gəlincə, Novokalinovo qəsəbəsi istiqamətində bizim bölmələrimiz tərəfindən təxminən üç düşmən qalası zəbt edilib", - deyə Puşilin bildirib.

Respublika başçısının səlahiyyətlərini icra edən qeyd edib ki, hazırda Maryinski istiqamətində xüsusi dəyişiklik yoxdur.

Daha əvvəl bildirilmişdi ki, Rusiya hücum təyyarələri Ukrayna Silahlı Qüvvələrinin DXR ərazisində yerləşən bölmələrinə beş istiqamətdə aviazərbələr endirib.

E.ŞİRİNOV