Pakistan hakimiyyəti keçmiş xarici işlər naziri və müxalif Ədalət Naminə Hərəkatın rəhbəri Şah Mahmud Qureyşini saxlayıb.

TEZADLAR.AZ "Aljazeera"yə istinadən xəbər verir ki, Qureyşi dünən keçirdiyi mətbuat konfransında seçkilərin təxirə salınması ilə bağlı istənilən qərara etiraz edəcəklərini və vəziyyəti məhkəməyə təqdim edəcəklərini bildirərək, partiyası Pakistan Ədalət Hərəkatının (PTI)  seçki yarışında digər partiyalarla bərabər şəraitə sahib olmasını tələb edib.

Qureyşi keçirdiyi mətbuat konfransından bir neçə sonra saxlanılıb.

Müvəqqəti hökumətin daxili işlər naziri Sərfraz Buqti bildirib ki, Qureyşi “dövlət sirlərini açıqlamaqda və milli maraqlara zərər verməkdə” ittiham olunur.

PTI sözçüsü Zülfi Buxari, digər tərəfdən Qureyşinin "seçki öncəsi saxtakarlığa qarşı partiyasının mövqeyini vurğuladığı" mətbuat konfransına görə saxlanıldığını iddia edib.

trt