“The New York Times” ABŞ rəsmilərinə istinadən yazır ki, Ukraynada 18 aylıq müharibədə həlak olan və yaralanan Rusiya və Ukrayna tərəflərindən olan hərbçilərin ümumi sayı 500 min nəfərə yaxınlaşır.

Onların fikrincə, Rusiya müharibədə 300 minə yaxın əsgər itirib: 120 mini ölüb, 170 mindən 180 minədək yaralanıb. Ukraynanın itkiləri təxminən 70.000 ölü sayı və 100-120 min arası yaralı olaraq qiymətləndirilir.

Eyni zamanda, Ukrayna ordusunda 500 minə yaxın, Rusiya ordusunda isə bir milyon 330 min nəfər var, - deyə qəzet yazır.

Nəşrin mənbələri xəbərdarlıq edib ki, real itkiləri təxmin etmək çətindir, çünki “Moskvanın ölən və yaralananların sayını müntəzəm olaraq aşağı hesabladığına inanılır, Kiyev isə rəsmi rəqəmləri açıqlamır”.

Xatırladaq ki, ABŞ prezident administrasiyası sonuncu dəfə 2022-ci ilin noyabrında Ukraynadakı müharibə itkiləri ilə bağlı təxminləri açıqlayıb. Daha sonra Birləşmiş qərargah rəisləri komitəsinin rəhbəri Mark Milley bildirib ki, keçən ilin fevralında Rusiyanın tammiqyaslı işğalı başlayandan bəri hər tərəf 100 mindən çox ölü və yaralı hərbçisini itirib.

NYT mənbələri bildirirlər ki, Baxmut uğrunda hər iki tərəfin “ağır itkilər” verdiyi ağır döyüşlərdən və üç ay əvvəl Ukrayna əks-hücumunun başlamasından bəri döyüş meydanında itkilərin sayı kəskin artıb.

Qeyd edilir ki, ölən və yaralananların sayının çox olması hər iki tərəfin xərclədiyi döyüş sursatının miqdarını əks etdirir, həmçinin cəbhə xəttində təcili tibbi yardımın göstərilməməsindən xəbər verir. NYT qeyd edir ki, intensiv atəşlər yaralı əsgərlərin təxliyəsini çətinləşdirir və xəstəxanalar, ilk tibbi xidmət məntəqələri çox vaxt dolu olur.

ABŞ-ın bu qiymətləndirmələri peyk görüntülərinə, söhbətləri tutmalara, sosial media və media hesabatlarına və hər iki hökumətin rəsmi məlumatlarına əsaslanır. Bununla belə, məlumatlar, hətta ABŞ hökuməti daxilində də dəyişir, - NYT vurğulayır.

Pentaqonun bu yaz internetə sızdırılan sənədləri göstərir ki, Rusiya 189,500-dən 223,000-ə qədər insan itirib - 43,000-ə qədər ölü sayı daxil olmaqla. Sənədlərdən birində Ukraynanın fevral ayına olan itkiləri 124,5 min nəfərdən 131 min nəfərə qədər insan itirib -17,5 min ölü sayı daxil olmaqla.

 

Y.MƏMMƏDLİ