Qazaxıstan mədənində baş verən yanğın 5 gün keçməyinə baxmayaraq, hələ də davam edir.

Qazaxıstanın KTK telekanalının məlumatına görə, artıq yanğın kömür laylarına da keçib.

Faciənin səbəblərini öyrənməli olan xüsusi komissiya hələ də işə başlaya bilmir.

 İndi mütəxəssislərin əsas vəzifəsi yanğını söndürənlərin təhlükəsizliyini təmin etməkdir. Bunlar 36 xilasedici və mədənin işçisidir.

“Kazaxstanskaya”nın mədənçiləri müvəqqəti olaraq kömür idarəsinin digər müəssisələrində işləyirlər.

Mədəndəki yanğın artıq kömür laylarına keçib.  Bəzi ərazilərdə havanın temperaturu 60 dərəcəyə çatır.

  Qeyd edilir ki, hələlik yanğının söndürüləcəyi və komissiya üzvlərinin enə biləcəkləri təxmini tarixlərdən belə söhbət getmir.

 Xatırladaq ki, 2023-cü il avqustun 17-də saat 10:05-də “ArcelorMittal Temirtau”  kömür idarəsinin “Kazakhstanskaya” mədənində D6 kömür yamacında (üfüq – 170 m) konveyer lenti yanıb. Hadisə baş verən zamanı 227 nəfər yerin altında olub.

Avqustun 17-də mədəndən 222 işçi səthə çıxarılıb.

Avqustun 17-dən 19-dək həyata keçirilən xilasetmə əməliyyatı nəticəsində isə 5 nəfərin cansız bədəni aşkarlanıb.

 

JASMİN