Yazıçı Mixail Zıqar* cərimələnib. Basmannı məhkəməsinin qərarına görə, o, 30 min rubl ödəməli olacaq.

Səbəb isə xarici agentin işarələnməməsi olub.

Qeyd edək ki, yazıçı və jurnalist Zıqar 2022-ci il oktyabrın 21-də Rusiya Federasiyası Ədliyyə Nazirliyi tərəfindən xarici agentlər siyahısına daxil edilib.

Elə həmin il aktyor Jan-Mişel Şerbakla Rusiyanı tərk edib.

* Rusiya Federasiyasının Ədliyyə Nazirliyi tərəfindən xarici agent kimi tanınıb.

E.ŞİRİNOV