2023-cü ilin sonuna qədər Rusiya Hərbi Dəniz Qüvvələrinə on iki gəmi daxil olacaq, onların arasında yerüstü və sualtı gəmilər də olacaq.

Bu barədə Rusiyanın müdafiə naziri Sergey Şoyqu Sakit Okean Donanmasının qərargahında keçirilən iclasda bildirib.

Bu gün Müdafiə Nazirliyinin rəhbəri Primorsk diyarına işgüzar səfər edir. O, Bolşoy Kamendəki Uzaq Şərq Zvezda zavodunda və Arsenyevdəki “Proqres” vertolyot zavodunda dövlət müdafiə sifarişinin icrasını yoxlayıb. Bundan sonra nazir Rusiyanın Uzaq Şərq regionunda hərbi-sənaye kompleksinin müəssisələrində işin yekunlarına dair müşavirə keçirmək üçün Sakit Okean Donanmasının qərargahına gedib.

"Bu il artıq iki gəmi istismara verilib və ilin sonuna kimi daha 12 gəmi gələcək. Onların arasında "Admiral Qolovko" freqatı, "İmperator III Aleksandr" strateji raket sualtı qayığı və "Krasnoyarsk" nüvə sualtı kreyseri var", - nazir deyib.

Sakit Okean Donanmasının qərargahında Uzaq Şərqdəki hərbi-sənaye kompleksinin müəssisələrində işin nəticələrinə dair görüş keçirilib. Müdafiə Nazirliyinin rəhbəri qeyd edib ki, son 10 ildə Rusiya Hərbi Dəniz Qüvvələri 50-dən çox gəmi ilə tamamlanıb.

E.ŞİRİNOV