Ermənistan Azərbaycanın Xankəndi şəhərinin yaxınlığında yanacaqdoldurma məntəqəsində yanğınla müşayiət olunan partlayış hadisəsi nəticəsində ölənlərin sayını açıqlayıb.

TEZADLAR.AZ xəbər verir ki, ötən gecə hadisə nəticəsində ölənlərin sayının 68 nəfər olduğu bildiriıib.

Ölənlərdən 21-nin şəxsiyyətinin müəyyən edildiyi qeyd edilir. Partlayış nəticəsində 105 nəfər itkin düşmüş hesab edilir.

Qeyd edilib ki, ümumilikdə 290 nəfər xəsarət alıb, onlardan 168-i Ermənistandakı tibb müəssisələrinə aparılıb.

Xatırladaq ki, sentyabrın 25-də Xankəndi yaxınlığındakı yanacaqdoldurma məntəqəsində baş verən partlayışla bağlı Azərbaycan dərhal reaksiya verib və Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələrinin fədakarlığı və peşəkar fəaliyyəti sayəsində genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb. Bundan başqa yaralanan şəxslərə yardım məqsədilə ilkin olaraq 200 nəfərin müalicəsi üçün yanığa qarşı tibbi ləvazimatlar, sarğı materialları, əlcəklər, dərman preparatları (spreylər, kremlər, ağrıkəsicilər, antibiotiklər və s.) daşıyan təcili tibbi yardım maşını Ağdam-Əsgəran-Xankəndi yolu vasitəsilə yola salınıb.

Eyni zamanda, Saatlı, Sabirabad və Ağdam xəstəxanaları zərərçəkənlərin kütləvi qəbulu məqsədilə sürətlə hazırlanaraq xəstələri qəbul etmək üçün Bakıdan briqadalar göndərilib.

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Tezadlar Arxiv

İDMAN