...Allah buyurdu: “Qorxmayın, çünki mən sizinlə birlikdəyəm. Hər şeyi eşidirəm və görürəm (Taha surəsi, ayə 46)”

***

Ziqmund Freyd: Çalışmaqdan aldığım zövqü başqa heç bir şeydən almıram.

***

Atatürkün kəndli Xəlil Əfəndiyə tövsiyəsi: “Haqqını kimsəyə buraxma, ara!”

***

Və anonim: Sayqınıza layiq olmayanların hekayəsi olmayın!

***

Bu cümlələri çox sevdim. Beşinci ifadə simvolikdir sərlövhədəki ömür cizgiləri.

Orta məktəb məni o qədər də öyrətmədi ki, təcrübələrim öyrətdi. Həyat təcrübələrim. Telepatik ötürmələr, qəbul etmələr  və s. O zaman belə fərqlilərə “dəli” deyirdilər. Uşaqların gözəl bir nəğməsi var. Ruhu oxşayır.

“Öz eşqimdən, diləyimdən ayrı düşdüm illərlə mən,

Amma səndən ayrı gəzən ürək deyil, bədən oldu... “

Nə isə... Uşaqlıqdan ağlım kəsəndən bəri anlayırdım ki, ruhun gücü özünü fərqli hadisələrdə biruzə verir. Mənəvi, psixoloji, fiziki təcrübələr yaşayırdım.

HADİSƏLƏRİ TƏZAHÜR ETDİRMƏYİ YENİYETMƏLİKDƏN SEVİRDİM.

Hər kəs özü kimi özü olur. Bildiyi və olduğu qədərdi hər kəs.

Təzahür etdirmədə düşünürəm ki, əsas olan ideyanın layihələşdirilməsidir. Keçmiş keşmişdə qaldı. Məsuliyyətlər həm xalq, həm də fərd kimi özümüzə aid... Ona görə də səhv və xətalarımızda başqalarını qınamaq, ittiham etmək və s. neqativ yanaşmalar artıqdır. Keçmiş keçib, ibrətlərinə baxaq. İDEYALARI LAYİHƏLƏŞDİRMƏK TƏZAHÜR ETDİRMƏNİN TƏMƏLİ ÖZƏLLİYİ VƏ GÖZƏLLİYİDİR.

***

EMPATİYA, SİMPATİYA VƏ TELEPATİYA ÜÇLÜYÜ MÖVCUDDUR. Bu telepatiyanin olmazsa olmazıdır. Bu yaşantıdır. Bacarmanın sirri vərdiş edilmiş şeyləri, işləri vərdiş olunmuş halda etməkdən keçər. BİR ŞEYİ ANLAMAQ ÜÇÜN ANLAYIŞ İSTƏYİNİN, SEVGİSİNİN OLMASI ŞƏRTDİR.  Bir şeyi nə qədər çox düşünürsən o alqoritma sistemi də o qədər avtomatik hala gəlir.

LAZIMSIZLIĞI, GƏRƏKSİZLİYİ DÜŞÜNCƏ SİSTEMİNDƏN ÇIXARMAQ LAZIMLI VƏ  GƏRƏKLİDİR. Şüur savaşçısının fərqliliyi təxminedilməz və o qədər də asan olmayan əlçatmazlığındadır. 

Yetərli, üst şüur səviyyəsində ÜST GÜC QAYNAĞI ilə əlaqənin zövqü də bənzərsiz olur. Savaşçı özü-öz qurtarıcısı olur. Hadisələr onlara yüklənən anlamlar qədər anlam qazanır. Hər insanın da həyatındakı anlam həyata, ömrünə, hadisələrə yüklədiyi anlam qədərdir. Elə hey başqalarını qınamaq, EQO-nun hərəkətə keçməsi halıdır. Şüur savaşçısı əslində barışçıdır. Başqalarını qınamaz, yoluna baxar.

SEZGİLƏRİM ÖNCƏ GÖSTƏRİR YOLU.

Beynə daha çox siqnal göndərən qəlb duyğu və düşüncə qabiliyyətinin mərkəzidir. Təsadüfi deyil NƏZƏRGAHİ-İLAHİ adlanır. “Oxu” əmri insanın öncə qəlbinə, beyninə ən əsası ruhuna nə yazıldığını oxumaq üçün əlaqələlidir. Hər şeyi oxumaq üçün. Fərqli mesajlardır onlar. Oxuyan insanlar əmin yaşaya bilir. Anlayışın olmazlığındansa, gec də olsa olması gözəldir.

Viktor Hüqo deyir ki: “Heç bir ordu vaxtı gəlmiş fikir qədər güclü deyil”. Bir ifadəsi də dəqiqdir: “DONUZ ƏTİNİ HARAM BUYURUBLAR, ANCAQ HARAMI DONUZ KİMİ YEYİRLƏR”.

Düzü əyri görənlərin problemi gözündə deyil, genetik defektlərində, qüsurlarında və ən azı cahilliyətlərindədir.

Hz.Mövlanə diaqnozu dəqiq ifadə edir: “İnsanları tanımaq üçün tam gücünüzü verin, ançaq tam sevginizi verməyin. Çünki onları tanımağa başladıqca verdiyiniz sevgiyə acıyacaqsınız”.

Artıq dünyada insanlar üçün nisbətən çətin sınaqlar dövrü başlayıb. Həm dünya idarə etməsi sisteminin sınaqları, həm də kainat sistemi sınaqları. Ancaq fakt faktdır. Oyanış əvəzinə kütləvi zarıltı-xorultu var. Baxmayaraq ki, kainatdan oyanışın startı verilib. Oyanış deyəndə insanın öz içindəki İlahi qüdrətə oyanmağını nəzərdə tuturam.

Heyhat! Çoxları insan olduqlarını belə xatırlamır. Çox düşünülənlə əlaqə (bağlantı) qurulur. İnsan istədiyinin hədəfini öncədən hiss edər. Hadisələr olmazdan öncə insanın öz içində başlayır. Hiss etdiklərini yaşayır insan. Acizliyini hiss və qəbul edən acizliyini yaşayar. Özünü aciz və çarəsiz hiss və qəbul edən ona ruhundan üfləyən Allahını kiçildib aciz zənn  edər. Əslində isə Yaradanla əlaqəsini kəsmiş olar. Allah hər kəsi inandığına buraxıb. Nəyə inanırsansa, onu gərçəkləşdirirsən. İnsanı dərinləşdirən bəla və müsibətlərdir. Min bir bəla və müsibətlər yaşadım və yaşayıram. Sızlamıram, şükür edirəm. Allahın quyusu da gözəl idi Həzrət Yusifə. Çalışmadan, əmək vermədən sınaqdan keçmək olmur.

SINAQDAN KEÇMƏYƏN QINAQDAN KEÇƏR.

Ruh ölməzdir. İnsanın özünü ölməyəcək kimi hissini yaşaması məhz ruhun ölməzliyindən gəlir. Heyhat. İnsanlar mədələrinin qayğısına qalır, ruhlarını bəsləməyə o qədər də diqqət etmirlər.

İNSANLARDAN GİLEY EYLƏMƏ ŞAİR,

YAĞIŞDAN YAĞMURA ÖZÜN DÜŞMÜSƏN.

TƏCRÜBƏLƏRİN ÇOX, ÇOX ŞEYƏ DAİR,

HƏYAT BİR OCAQDIR YANIB-BİŞMİSƏN.

Bəli, hadisələr döngüləri ilə rus matruşkaları kimi iç-içədir. Qarabağ hadisələrinə diqqət edin. 1988-ci ildən necə də haldan-hala keçən iç-içəliyi var. Bu hadisələrin üst qatı başqa, pərdə arxasındakılar başqadır.

Oxumaq həvəsi uşaqlıq hobbisidir oxuyanlarda... Bir bilgi insana verilirsə, o bilgi ilə nə edəcəyi ilə bildirilir.

Kainat insanla istənilən vasitə ilə əlaqə qurur.  Əlamətlərlə yuxu, musiqi, bəla, sevinc, yazı, telepatik ötürmələr və sonsuz lütflər və təsirlər ilə. Günəş insanların xidmətindədir. Kainat nədən olmasın? Hüceyrələrimiz yalnız protein yaratmır, içimizə bilgi də yayır. İki internet var - Kainat interneti və texnologiya interneti. Baxın, bütün dünyada bilgilər şüurları bombardıman edir. Çox fərqli bilgilər yayılır. Məsələ onları çeşidləməkdədir. Hansıları seçməlisən ki, yolu azmayasan. Bilik zəhərlənməsinə məruz qalmayasan. Məsləyinə uyğunları seçməlisən. Bir şeyi etmək üçün onu çox sevməlisən. Bir şeyi sevmək üçün ona dəlicəsinə inanmalısan.

Yaradıcılıq hər kəsə kainatın ərməğanıdır. Dəyişmənin əsas yoludur, ruhi əlaqədir.  İnsanı daha yüksək ilham qaynağına yetirən məhz yaradıcılıqdır. Yaradıcı məsləyi olan insanlar qarşısına qoyduğu məqsədlə istədiyi hər şeyi edə bilər. Məqsədlər təbii ki, proqlamlaşdırılır. Yetər ki, özünü istədiyin, xəyal etdiyin bir şeyin gerçəkliyinə sahiblənmiş kimi görüb, hiss edə biləsən.

Sufilərin bir əsas şüarı var: “Həmişə kölgədə qalmağa çalış, özünü adi biri kimi apar.  Bu uşaqlıqdan təbiətimdir. Sufizm nəzəriyyə aşılamır, işarət, məsləhət, eyham, əlamət və mesajlarla yetinir. Gerçəklikdir, işləkdir, realistdir sufizm. Poetikanı sevirəm. O sufizmin mayasındadır.

***

Telepatiyanın varlığı yüzdə yüzdür. Təsdiq olunub. Hegemon dövlətlər dərinliklərinə milyardlar xərcləyir. Belə isə kainat və onun yaradıcısı ilə telepatiyanın əlaqəsi əlbəttə ki, şübhə doğurmaz.

EŞQİN ÖZÜ MÜQƏDDƏS, TƏZAHÜRLƏRİ DƏRİN,

O ƏZƏLİ-ƏBƏDİ HİKMƏTİDİR GÖYLƏRİN.

Arzular da meyvə kimidir, yetişməlidir. Təməl hazırlanmalıdır.

Üç möhtəşəm ideyanı gerçəkləşdirmək prosessini yaşayıram. İnşallah, bu barədə sözü, təfsilatı əməl, nəticə deyəcək.

P.S. Bəzən iki tərəfdən biri yazılı müqavilə olmadan şifahi sözləşmənin şərtini pozur. Bu inamdan, etibardan sui-istifadə demək istəməsəm də, xəta ilə istifadədir. Bu hal digər tərəfə də istər-istəməz əks-təsir, reaksiya imkanı verir. Haqq elə bil şeydir ki, onu itirmək uyğunluğu, balansı, dengəni pozur ki, bununla razılaşmaq heç doğru deyil. Qarşı tərəfə, əlbəttə, islah və xətasını yumşaltmaq imkanı verilə bilər, mətləbi açıqlamadan. Amma qarşı tərəf də gərək nəcib düşüncələri, nəcib anlayışla qarşılaya. Nə isə... Düşünürəm ki, haqqını qorumayan haqsız duruma düşər. Kiməsə arzulamıram. Sevgilərlə qalın.

Nizami Süleymanoğlu

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler


IMAGE
TAZİYE VE BAŞSAĞLIĞI
Perşamba, 04 Iyul 2024
By Salih KURT

Tezadlar Arxiv

İDMAN