İsrail Müdafiə Qüvvələrinin Baş qərargah rəisi Hertsi Halevi Qəzza zolağının şimalında növbəti əməliyyat mərhələsinin planını təsdiq edib.

TEZADLAR.AZ xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələrinin ehtiyatda olan mətbuat katibi Conatan Konrikus məlumat verib.

"Müharibənin ümumi məqsədi əvvəlki kimi olaraq qalır: biz HƏMAS-ın bütün hərbi strukturunu məhv etməklə, onların rəhbərlərini öldürməklə İsrail dövləti üçün təhlükəsizliyi bərpa edəcəyik. Onlar ya təslim olacaqlar, ya da öz tunellərinin içərisində öləcəklər. Hər şey çox sadədir", - o deyib.

Mətbuat katibi həmçinin, İsrail Müdafiə Qüvvələrinin Baş qərargah rəisi Hertsi Halevinin əməliyyatların növbəti mərhələsini təsdiqlədiyini bildirib.

 Xatırladaq ki, oktyabrın 7-də İsrailə hücumlar olunub. Əvvəlcə Qəzza bölgəsindən reaktiv mərmilərlə kütləvi atəş açılıb, daha sonra döyüşçülər əraziyə qurudan, havadan və sudan daxil olublar.

İsrail müharibə vəziyyəti elan edib. Bundan başqa, İsrailin müdafiə naziri Yoav Qallant ehtiyatda olan hərbçilərin kütləvi çağırışını elan edib.

 

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler


IMAGE
TAZİYE VE BAŞSAĞLIĞI
Perşamba, 04 Iyul 2024
By Salih KURT

Tezadlar Arxiv

İDMAN