Rusiya Federasiyasının Mərkəzi Seçki Komissiyası (MSK) Rusiya Federasiyasının prezidentliyinə özünü irəli sürmüş hazırkı dövlət başçısı Vladimir Putinin namizədliyini qeydə alıb.

Tezadlar.az xəbər verir ki, komissiyanın rəhbəri Ella Pamfilova “yekdilliklə qəbul edilib” qərarını açıqlayıb.

Putin prezident seçkilərində qeydə alınmış dördüncü namizəd oldu, bundan əvvəl Mərkəzi Seçki Komissiyası üç parlament partiyasının - Leonid Slutski (LDPR), Vladislav Davankov (Yeni insanlar) və Nikolay Xaritonovun (Rusiya Federasiyası Kommunist Partiyası) nümayəndələrini qeydə almışdı.

Putin üçün qarşıdan gələn seçkilər onun siyasi karyerasında beşinci olacaq, buna qədər o, dörd dəfə (2000, 2004, 2012, 2018) dövlət başçısı seçilib, ən yaxşı nəticə 2018-ci ildə göstərilib, sonra 76,69% ​​səs toplayıb.

​​​​​ E.ŞİRİNOV