Ukraynada Xarkov və Dnepropetrovsk vilayətlərində hava hücumu xəbərdarlığı elan edilib.

Tezadlar.az xəbər verir ki, bunu Ukrayna Rəqəmsal Transformasiya Nazirliyinin onlayn xəritəsindəki məlumatlar sübut edir.

Zaporojye və Xerson vilayətlərinin Kiyev hakimiyyətinin nəzarətində olan hissələrində də həyəcan siqnalları qeydə alınıb.

Bundan əvvəl Ukraynanın Xarkov şəhərində partlayışlar baş verib.

​ E.ŞİRİNOV