İki Tu-95MS strateji raket daşıyıcısı Berinq və Çukçi dənizlərinin neytral suları üzərində planlaşdırılmış uçuşu başa vurub.

Tezadlar.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

"Rusiya Aerokosmik Qüvvələrinə məxsus iki strateji raket daşıyıcısı Tu-95MS uzunmənzilli aviasiya Berinq və Çukçi dənizlərinin neytral suları üzərində hava məkanında planlı uçuş həyata keçirib. Uçuş müddəti təxminən 9 saat olub. Qırıcıların müşayiəti Aerokosmik Qüvvələrin Su-30SM təyyarələrinin ekipajları tərəfindən təmin edilib”, - deyə qeyd ediblər.

Uzun mənzilli aviasiya komandiri general-leytenant Sergey Kobılaş bildirib ki, uçuş hava məkanından istifadə üzrə beynəlxalq qaydalara ciddi riayət olunmaqla həyata keçirilib. O əlavə edib ki, uzaqmənzilli aviasiya pilotları müntəzəm olaraq Arktika, Şimali Atlantika, Qara və Baltik dənizləri və Sakit okeanın neytral suları üzərində uçuşlar həyata keçirirlər.

E.ŞİRİNOV