Xəzər Rayon Polis İdarəsi 1-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə Şüvəlan qəsəbəsi ərazisində evlərin birindən 3 min 400 manat dəyərində məişət əşyaları oğurlamaqda şübhəli bilinən Tural Quliyev saxlanılıb.

Bu barədə Tezadlar.az-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Araşdırma aparılır.