Avropa İttifaqı Rusiya Federasiyasına qarşı yeni sanksiyalar paketinin bir hissəsi olaraq, Brüsselin məlumatına görə, silah, texnologiya və elektronikanın istehsalı və tədarükü ilə əlaqəli 55 şirkət və 60 fiziki şəxsə qarşı məhdudiyyətlər tətbiq etməyi təklif edib.

Tezadlar.az xəbər verir ki, bu barədə “Bloomberg” Aİ sənədlərinə istinadən məlumat yayıb.

Bildirilir ki, Aİ-yə görə, guya KXDR-dən Rusiyaya döyüş sursatı çatdırılmasını təmin edən gəmiçilik şirkətləri də məhdudiyyətlərə məruz qala bilər.

Aİ-nin Rusiya Federasiyasına qarşı yeni sanksiyaları silah, texnologiya və elektronikanın istehsalı və tədarükü ilə əlaqəli şəxsləri və şirkətləri hədəf alacaq – “Bloomberg” yazır.

E.ŞİRİNOV