Ukrayna Silahlı Qüvvələrinin (USQ) Ali Baş Komandanı Valeri Zalujnı ölkə prezidenti Vladimir Zelenski ilə söhbətinə münasibət bildirib və orduda dəyişikliklərə eyham vurub.

“2022-ci ilin çağırışları 2024-cü ildən fərqlidir. Ona görə də hər kəs dəyişməli və yeni reallıqlara uyğunlaşmalıdır”, - deyə Ali Baş Komandan yazıb.

Zalujnı deyib ki, Ukrayna lideri ilə söhbət zamanı yanaşmaların və strategiyaların dəyişdirilməsinin zəruriliyi barədə qərar qəbul edilib.

General Baş Qərargahın kollektivinə, Müdafiə Nazirliyinə və ölkə prezidentinə minnətdarlığını bildirib.

Bundan əvvəl Zelenski Zalujnı ilə görüşüb və ona “iki il Ukraynanı müdafiə etdiyinə görə” təşəkkür edib. Onlar Ukrayna ordusunun zəruri yenilənməsini müzakirə ediblər.

"Belə bir yeniləmənin vaxtıdır", - prezident deyib.

E.ŞİRİNOV